Analitik (təhlilçi, təhlil üzrə mütəxəssis)

Analyst Bankın, broker firmasının və ya bu kimi digər təşkilatların təhlil üzrə mütəxəssisi. Bu mütəxəssisin vəzifəsi əlaqədar iqtisadi, statistik və maliyyə, eləcə də müəyyən sahəyə aid şirkətlərin vəziyyəti üzrə məlumatları təhlil edərək müvafiq sahədə proqnozlar, məsləhətlər və tövsiyələr verməkdən ibarətdir.
Amortizasiya dəyəri
Anderlainq
OBASTAN VİKİ
Mütəxəssis
Mütəxəssis — konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi. Mütəxəssis (diplomlu) — orta-ixtisas, ali təhsil aldıqdan sonra konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan işçi.
Təhlil
Analiz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Analiz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Analitik
Analitik (alm. Analityk‎; fr. Analytique; ing. Analytic; yun. analytike)- Aristoteldə formal məntiqlə eyni mənada işlədilir: birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.
Analitik dillər
Analitik dillər — Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliklərdən və s. istifadə edən dillər. Məs.: fransız, ingilis, alman dilləri analitik dillərdəndir.
Analitik fəlsəfə
Analitik fəlsəfə (ing. Analytic philosophy) — XX əsrin ənənəvi fəlsəfi dünyagörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi analiz, fəlsəfi analiz, Kembric (Canbridge) analiz məktəbi və Oksford fəlsəfəsi kimi adlarla da tanınmışdır. Analitik fəlsəfənin qurucuları Kəmbric filosoflari G. E. Moore və Bertrand Russell olmağla birlikdə hər iki filosof da Alman filosofu və riyaziyyatçi Gottlob Frege və bu fəlsəfənin ən görkəmli nümayəndələrindən (Alman və Avstriya əsilli) Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath ve Carl Hempel kimi alimlərdən təsirlənmişdilər. İngiltərədə Rusell və Mooreni C. D. Broad, L. Stebbing, Gilbert Ryle, A. J. Ayer, R. B. Braithwaite, Paul Grice, John Wisdom, R. M. Hare, J. L. Austin, P. F. Strawson, William Kneale, G. E. M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C. L. Stevenson, Norman Malcolm, W. V. Quine, Wilfrid Sellar və Nelson Goodman Avstralya'da A. N. Prior, John Passmore və J. J. C. Smart davam etdirmişdir. Analitik fəlsəfə mütləq varlığı və idealist görüşünə qarşı çıxmış bir istiqamətdir. Analitik fəlsəfədə biliklərlə bağlı anlayışların linqivistik cəhətdən analiz edilməsi və fəlsəfədə qarışıq və mürəkkəb mənalı kəlimələrin və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur. Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir. Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir.
Analitik həndəsə
Analitik həndəsə- həndəsə bölməsi; nöqtə, düz xətt, müstəvi, vektor, ikitərtibli xətt, ikitərtibli səth və onlara dair məsələləri öyrənir. Həndəsi işə Cəbriyyə analizi tətbiq edən və Cəbriyyə problemlərin həllində həndəsi anlayışları istifadə edən bir riyaziyyat sahəsi. Rene Dekart cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Əsas tədqiqat vasitələri koordinat üsulu və cəbri üsullardır. Koordinat üsulu 17-ci əsrdə astronomiya, mexanika və texnikanın sürətli inkişafı ilə əlaqədar yaradılmışdır. Müasir dövrdə düzbucaqlı Dekart koordinat sistemindən başqa daha ümumi olan afin koordinat sistemi və digər koordinat sistemlərindən istifadə edilir. Düz xətt üzərində nöqtənin bir, müstəvi üzərində iki (x – absis, y – ordinat), fəzada isə üç (x – absis, y – ordinat, z – aplikat) koordinatı olur. Müstəvi üzərində xətt koordinatları f(x,y)=0 tənliyini ödəyən nöqtələr çoxluğu kimi tərif olunur. f(x,y) funksiyası x və y dəyişənlərinə nəzərən n dərəcəli çoxhədli olarsa, f(x,y)=0 xəttinə n tərtibli cəbri xətt deyilir. Analitik həndəsədə bir və ikitərtibli cəbri xətlər öyrənilir.
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Analitik mexanika
Analitik mexanika — klassik mexanika (nəzəri mexanika) bölməsi; maddi nöqtələr və ya cismlər sisteminin sonlu sayda parametrlərlə dəqiq müəyyən edilə bilən vəziyyətini öyrənir. Analitik mexanika əsasən, mümkün yerdəyişmələr prinsipi, kanonik çevirmələr (tənliklər), hərəkətin dayanıqlığı, cazibə nəzəriyyəsi və s. məsələləri əhatə edir. Analitik mexanika ayrıca elmi fənn kimi 18-ci əsrdə yaranmışdır. Bu, analitik rabitələr, ümumiləşmiş koordinatlar, sərbəstlik dərəcəsi və s. sahəsində görkəmli alimlərin (L. Eyler, J. D’Alamber, J. Laqranj və başqaları) elmi işlərinin sayəsində olmuşdur. Analitik mexanika sonrakı inkişafına mümkün yer dəyişmələr prinsipi, ümumiləşmiş impuls, Hamilton funksiyası, inteqral invariantları, hərəkətin dayanıqlığı və s. sahəsində mühüm tədqiqatları olan K.Qauss, U.Hamilton, K.Yakobi, M. Ostroqradski, A. Puankare, A. Lyapunov və başqa alimlərin işləri təkan vermişdir. Analitik mexanika metodları nəzəri fizikanın bir çox sahələrinə (klassik sahə nəzəriyyəsi, kvant mexanikası, nisbilik nəzəriyyəsi və s.) də tətbiq edilir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Analitik psixologiya
Analitik psixologiya — psixodinamik istiqamətlərdən biri. Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanıkompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Onlayn analitik emal
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.
Analitik kimyanın inkişaf tarixi
ECORES - Ekoloji Analitik İnformasiya Agentliyi
Ekoloji Analitik İnformasiya Agentliyi ECORES (ing. ECORES - Information Analytic Environment Agency) - Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatı (1995). ECORES Agentliyi Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatıdır 1995-ci ildə təsis edilmişdir. ECORES qeyri-kommersiya, qeyri-hökumət ekoloji təşkilatıdır. Təşkilat Azərbaycanda ekoloji vəziyyətin təhlili ilə məşğul olur və əsas məqsədi ictimaiyyəti ətraf mühit və ölkənin resursları barədə məlumatlandırmaqdır. Onun missiyası ümumi ictimaiyyətin məlumatlılığını artırmaqla Azərbaycanın ətraf mühitini qorumaqdır. Ətraf mühitin yaxşılaşdırılması, real ekoloji vəziyyət, ölkənin resursları, inkişaf etmiş dünyada ekoloji problemlərin həlli təcrübəsi və Azərbaycanda ən yaxşı beynəlxalq təcrübənin tətbiqi məqsədlərinə nail olunması ECORES təşkilatının əsas məqsədidir. Təşkilat məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həll etmək niyyətindədir: Ətraf mühit və resurslar haqqında məlumat toplamaq, təhlil etmək və yaymaq. Azərbaycan ətraf mühitinin coğrafi informasiya sistemlərinin (GİS) yaradılması. Müstəqil ekoloji auditin təşkili və həyata keçirilməsi.
Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.
Kompüter üzrə mühəndis
Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Səhm üzrə mənfəət
Səhm üzrə mənfəət (ing. Earnings per share, EPS) — şirkətin bölüşdürülə bilən xalis mənfəətinin adi səhmlərin orta illik sayına nisbətinə bərabər olan maliyyə göstəricisi. Səhm üzrə mənfəət fond bazarında fəaliyyət göstərən şirkətlərin investisiya cəlbediciliyini və səmərəliliyini müqayisə etmək üçün istifadə olunan əsas göstəricilərdən biridir. Səhm üzrə mənfəət düsturla müəyyən edilir: E P S = I N − D P S A {\displaystyle EPS={\frac {I_{N}-D_{P}}{S_{A}}}} , burada I N {\displaystyle I_{N}} — hesabat dövrünün xalis mənfəətidir, D P {\displaystyle D_{P}} — imtiyazlı səhmlər üzrə dividendlər, S A {\displaystyle S_{A}} — hesabat dövrü ərzində dövriyyədə olan adi səhmlərin orta çəkili sayıdır. S A {\displaystyle S_{A}} hesablanarkən hesabat dövründə adi səhmlərin sayında baş vermiş bütün dəyişikliklər nəzərə alınır. Hesablanmış EPS dəyəri sıfırdan azdırsa, səhm üzrə itki haqqında danışmaq mənasızdır. Faktiki dövriyyədə olan səhmlərin sayı nəzərə alınmaqla hesablanan səhm üzrə əsas mənfəət (ing. forward EPS) adlanır. Həmçinin, səhmlərin sayında mümkün dəyişiklikləri və digər qiymətli kağızların adi səhmlərə çevrilməsi (məsələn, opsionların həyata keçirilməsi, istiqrazların konvertasiyası, yeni səhmlərlə imtiyazlı dividendlərin ödənilməsi). IAS 33 standartına əsasən, hesabat dövrü üçün səhm üzrə mənfəətin hesablanması üçün ümumi düstur belədir: Səhm üzrə əsas mənfəət = Adi səhmdarlara aid edilən dövr üzrə mənfəət (zərər) / Hesabat dövründə dövriyyədə olan adi səhmlərin orta çəkili sayı adi səhm kapital aləti olduqda və adi səhmlərin sahiblərinə aid edilən dövr üçün mənfəət (zərər) gəlir vergisi, nəzarət hüququ olmayan səhmdarların səhmləri, imtiyazlı səhmlər üzrə dividendlər, adi səhmlərin orta çəkili sayı çıxılmaqla konsolidasiya edilmiş mənfəətdir.
Futbol üzrə Azərbaycan Kuboku
Azərbaycan Kuboku — Azərbaycan futbol klubları üçün hər il keçirilən müsabiqə. Azərbaycan Kuboku adətən sentyabr ayından maya kimi keçirilir. Azərbaycan Kuboku qalibi Azərbaycanın UEFA klub sıralamasında aldığı yerdən asılı olaraq UEFA Avropa Liqası və ya UEFA Avropa Konfrans Liqasında iştirak hüququ qazanır. Ölkə kubokunun finalında yalnız 16 klub çıxış edib. "Mövsüm" sütunu turnirin keçirildiyi tarixi bildirir. İki matçdan ibarət final oyunları sıra ilə düzülmüşdür. "Hesab" sütununda göstərilən hesablar final matçı barədə məqaləni əks etdirir.
Futbol üzrə Azərbaycan Çempionatı
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır. 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
Futbol üzrə Danimarka çempionatı
Superliqa (dan. Superligaen) - Futbol üzrə Danimarka çempionatlarının ən yüksək liqası. Əsası 1991-ci ildə qoyulmuş və I divizionu əvəz etmişdir. Çempionat 14 komandadan ibarət olub üç dövrəli turnir şəklində keçirilir. İyulda startı verilən yarış mayda bitir. 26-cı turdan sonra klublar 2 hissəyə ayrılır. Turnir cədvəlində ilk 6 yeri tutan komanda Çempionlar qrupunda çıxış edir. Qalan 8 komanda isə bərabər saylı 2 qrupa bölünürlər. Çempionatın sonu Çempionlar qrupunda 4-cü yerin sahibi ilə ikinci səbətdəki hər bir qrupun ilk 2 komandası arasında Avropa liqasına vəsiqə uģrunda pley/off maçları oynanır. Bununla yanaşı ikinci səbətdə hər bir qrupda son 2 yerin sahibi çempionstds qalmaq uğrunda ev və səfərdə olmaqla qarşılıqlı oyunlar keçirilir.
Futbol üzrə Dünya Çempionatı
FİFA Dünya Kuboku — Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.) Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi. Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi.
Futbol üzrə Fransa çempionatı
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.